GÜLÜMSƏ, EY GENERAL

GÜLÜMSƏ, EY GENERAL

Milli Qəhrəmanımız Polad Həşimovun əziz xatirəsinə

Polad kimi əyilməz,

Aranlısan, dağlısan.

Sən üç rəngə boyanmış

Bir Vətənin oğlusan.

 

Hamı səndən danışır,

Adın elə doğmadı.

Səni oxşayan sözlər

Kitablara sığmadı.

 

Gülümsə, ey general,

Azad oldu yurdumuz.

Qürur duy əsgərinlə

Zəfər çaldı ordumuz!

Mina Rəşid

Share: