Kürdəmir Regional Mədəniyyət İdarəsində 2023-ci ilin Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı tədbirlər davam etdirilir.
Kulis.az xəbər verir ki, “Heydər Əliyev İli”nə həsr olunmuş Heydər Əliyev Fondunun vitse -prezidenti Leyla xanım Əliyevanın “Günəşə qovuşmaq istəyirəm mən!” misrası ilə adlandırılan uşaq musiqi, incəsənət məktəblərinin xor kollektivlərinin ənənəvi II Regional müsabiqəsi də nəzərdə tutulmuş tədbirlərdəndir.
Regional idarənin tabeliyində fəaliyyət göstərən uşaq musiqi, incəsənət məktəblərində xor dərslərinin tədrisinin səviyyəsinin yüksəldilməsi, xor sənətinin inkşafında gənc nəslin iştirakının təmin olunması, professional xor sənətinin öyrənilməsi və təbliği, uşaqlarda bu sahəyə maraq yaratmaq məqsədi ilə keçirilən l Regional xor müsabiqəsi 2022- ci ildə keçirilib. Artıq ənənə halını almış xor müsabiqəsi əsl musiqi bayramı kimi yaddaşlara hopmuşdur. Musiqi təhsili müəssisələrinin xor kollektivləri növbəti müsabiqəyə də həvəslə hazırlaşmışlar.
İyunun 3-də Füzuli rayon Aybasanlı kənd Uşaq Musiqi Məktəbində müsabiqənin birinci mərhələsinə start veriĺib. Tədbiri giriş sözü ilə açan Regional İdarənin rəisi Faiq Xudanlı müsabiqə iştirakçılarını təbrik edib, kollektivlərə uğur arzulayıb. Müsabiqənin I mərhələsində 7 uşaq musiqi, incəsənət məktəbinin xor kollektivi münsiflər qarşıdında hesabat verib. Müasir Azərbaycan xorunun bilicilərindən olan Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri və dirijoru, Xalq artisti Gülbacı İmanovanın, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru, Əməkdar incəsənət xadimi Dilarə Əliyevanın və Bakı Musiqi Akademiyasının dosenti, Əməkdar müəllim Aqil Qafulovun yer aldığı münsiflər heyəti hər bir kollektivin çıxışına böyük həssaslıq və tələbkarlıqla yanaşmışlar.Müsbiqənin ilk günündə l Regional xor müsabiqəsindən başlayan uğurlu çıxışlar davam etmiş, xor kollektivləri yeni nailiyyətləri ilə fərqlənmişlər.
Müsabiqənin birinci mərhələsi 7 iyun tarixində Beyləqan rayon Niyazi adına Uşaq Musiqi Məktəbində davam etdiriləcək, musiqi bayramına 13 iyun 2023-cü il tarixində Horadiz şəhərində Muğam Mərkəzində qaliblərin konserti ilə yekun vurulacaqdır.
Müsabiqədə iştirak edən xor kollektivlərinə uğurlar arzulayırıq.