Günəşdə maqnit qasırğası başlayıb

Günəşdə maqnit qasırğası başlayıb

“Bu gün Bakı vaxtı ilə səhər saat 08:00-da Günəşdə maqnit qasırğası başlayıb”.

Bu xəbəri Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Namiq Cəlilov deyib.

O bildirib ki, maqnit qasırğası adətən gün ərzində bitir: “Maqnit qasırğası Günəşdə baş verən partlayışlar nəticəsində alışmalarla olur. Tac dəliyindən plazma axını Yerə tərəf istiqamətlənəndə maqnit qasırğası yaranır. Günəş fırlandıqca gün ərzində onun istiqaməti dəyişdiyinə görə, qasırğa Yerdən kənar keçəcək.  Alışmalar çox zəifdir. Maqnit qasırğası adətən başlayanda maksimum olur, sonra isə yavaş-yavaş sönür, təxminən 6-7 saat davam edir”.

N.Cəlilov qeyd edib ki, növbəti günlərdə maqnit qasırğasının olma ehtimalı azdır.

Müstəqil.Az

Share: