Gün Ay Ümüd: Xəyal qurmaq insanın fitrətində var, istəsək də, istəməsək də…

Gün Ay Ümüd: Xəyal qurmaq insanın fitrətində var, istəsək də, istəməsək də…

Tanınmış şair Gün Ay Ümüdlə Ruhiyyə xanım Abbasazadənin müsahibəsini Müstəqil.Az-ın oxucularına təqdim edirik. Hər iki yaradıcı xanımı maraqlı söhbətə görə təbrik edirik.

 

– Günay Ümid! Nə üçün məhz Ümid?
– Ritorik sual oldu. Ümiddən başqa nəyimiz varki?!
-Səni insanlara bu qədər sevdirən nədir Günay, təkcə gözəl şeirlərinmi?
– Bir insanı hamı sevə və ya hamı ondan nifrət edə bilməz. Zənnimcə bu metamorfozun fonunda məni insanlara sevdiren olduğum kimi davranmağımdır.

– Ən çox nifrət etdiyin və ən çox da dilində işlətdiyin bir kəlmə?
-“Qismət” sözünü sevmirəm. Bu söz, qərar verməyi bacarmayan insanların kölgələndiyi sözdür. Amma təəsüf ki,bu sözü sevməsəm də, tez-tez işlədirəm.

– Səncə insanın uşaqlığı neçə yaşında bitir?
– Bir gün atamdan soruşdum ki, özünü neçə yaşında qoyub gəldiyini düşünürsən? Bir az fikirə getdi və “əsgərlikdə” dedi. Məncə hər kəsin özünü qoyub gəldiyi bir yaş var. Doya-doya yaşaya bilmədiyi… mən də özümü uşaqlığımda qoyub gəlmişəm. Böyümədiyimi düşünmürəm, çox tez böyümək məcburiyyətində qaldim. Elə tez böyüdüm ki, özümə boyum çatmadı.
-Bəzən xəyal etmək o qədər şirin olur ki,xəyal etməyi xoşlayırsanmı?
– İllər öncə atam balaca bir şeir yazmışdı:
Yerdən də, göydən də güclüdür xəyal
İstəsən zülm eylə, dar qəfəsə sal
O rahatca keçər maneyəleri,
Xəyallar yaşadar, xəyallar məni…

Xəyal qurmaq insanın fitrətində var, istəsək də, istəməsək də xəyallar qururuq. Ən təhlükəlisi odur ki, sənə aid olmayan xəyallar qurursan sonra o xəyallar damino daşlarından qurulan bina kimi aşır, sən də qalırsan o dağıntının altında…


-Tez-tez söz verib əməl etmədiyin şey nədir? Hansı ki, söz verirsən “daha bitdi, mən bunu
etməyəcəm,yaxud deməyəcəm”-lakin özünlə bacarmırsan.
– Qətiyyən belə bir şey olmayıb.
-İnsanı istəklərinə  arzuları çatdırır, yoxsa məqsədi?
-Əyər bu suala ağıllı görsənmək xatirinə cavab versəm onda məqsəd deməliyəm. Amma bunu deməyəcəm. İnsanı arzularına ilk növbədə inamı, sonra isə əzmi çatdırır…
– Günay Ümid zamanı geri ala bilsə, həyatında nələri dəyişər?
– Zamanı geri alsam belə heç nəyi dəyişmək iqtidarım olmazdı. Çünki, onda da gələcəyin nece olacağını bilmədiyim üçün eyni düzləri və eyni səhvləri edəcəkdim.
-Bir günlük Görünməz şansın olsaydı nə edərdin?
– Böyük dərdlərin və böyük istəklərin dili olmur. Deyə bilmədiyim o qədər şey edərdimki…
-Bütün həyatın bir film kimi çəkilsəydi o filmin adını nə qoyardın?
– Bu dünyadan mən keçdim…
-Şeir sənin üçün nədir, Günay Ümid?
– Şeir mənim üçün ümid dilidir…
-Yalan söyləmək zəka işidir, dürüst olmaq cəsarət. Hansını seçirsən?
– Yalan ehtiyyacdan doğursa bu ən dürüst yalandı. Zəka və cəsarət isə o ehtiyacın fon rəsmidi.
-Qorxduğun nədir, ümimiyyətlə qorxu hissi ilə çoxmu yaşayırsan?
– Qorxu hissi insanı qoruyan ən önəmli hisdir. Məncə hər kəs bu hissi qoruyub saxlamalıdır. Qorxun olmasa həm fiziki, həm mənəvi özünü qoruya bilməzsən.duruşunu, abrını, şəxsiyyətini və daha nələrin mühavizə edilməsi üçün bu hiss vacibdir.
– Yaradıcı adam öz istedadı, insanlığı, yoxsa zəhməti ilə zirvəyə ucalır?
– Zirvəyə ucalan o qədər öndə gedən istedadsizlar varki. Üzdə olmaq, görünmək hələ dərin olmaq, dərində olmaq deyil. Əsas insanlığından xərcləməyəsən.
-Zənnimcə sən riskli bir xanımsan, Günay.  Risk edib sonradan peşiman olduğun olubmu?
-Risk dediyin məhfum insan düşüncəsinə görə dəyişir. Mən heç bir hadisəyə öncədən praqnoz vermirəm, dostluqda, yoldaşlıq da da insanları sərbəst buraxıram. Belə olan halda nə özümü nə də qarşı tərəfi yükləmirəm. Risk etmək bəzən anı yaşamaqdırsa mən anların dəyərini bildiyim üçün onları qaçırmamağa çalışıram.
-Günay Ümidə yazdığı şeirlərdən başqa daha nələr daxili rahatlıq gətirir?
-İlk öncə dua etmək. Dua qəlbi təmizləyir sonra,məni anlayan dost ortamı. Yaradıcı mühit, rahatlıq tapdığım insanlar. Rəsm çəkmək, əl işləri görmək, arabir mahni oxumaq
-Səncə dost dostuna çətin vəziyyətdə dayaq olmalıdır,yoxsa dostunu o çətin vəziyyətə düşməkdən qorumalıdır?
– Önəmli olan hər zaman yanında olduğunu bilməkdi. Biz hadisələri qabağlaya bilmərik axı. Ən asan kiməsə məsləhət vermək və mühakimə etməkdi. Mən dostumu bütün səhvləriylə, düzləriylə qəbul edən adamam.

-Həyatda səni ən çox narahat edən məqamlar, daha doğrusu desəm, biz insanların ən böyük problemi nədir?
– Mən çox az adama ürək qızdıra bilirəm. Onların ilk mənə qarşı səhvindən də onlardan getmirəm. Amma səhvi olduğunu başa salıram. Buna səbrim çatir. Təkidlə eyni yerdən qırıldığımı düşünürəmsə bu məni narahat edir. Və getdimsə tam gedirəm. Bunun siz də şahidi olmusuz yəqin. Mən heç vaxt heç kimdən maddi, mənəvi istifadə etmirəm. Amma istifadə olunduğumu düşünəndə qarşı tərəfə verdiyim bütün sevgimi, mərhəmətimi geri götürürəm.

-Sevgi yoxsa Hörmət?
– Sevgidən yaranan hörmət!

– Bəs, İnsanı gözəlləşdirən nədir?
– Anlayış, səmimiyyət və gülümsəmə.
-Günay Ümidin insanlarda axtardığı üstün kefiyyətlər hansılardır?
– Səhvsiz insan yoxdu. Səhvlərini və düzlərini qəbul edən insan özünütərbiyyəyə meyillidir və bu ən üstün xüsusiyyətdir.
-Gün.Ay. Ayı çox sevir Günay, yoxsa Günəşi?
-Qələm yoldaşlarımdan biri “sən adından çox təxəllüsünə oxşayırsan” demişdi. Məncə mən çox qəddaram, gedəndə də arxamca ümid qoyuram)
-Deyirlər ki, şairlik də bir ayrı cür divanəlikdir. Bir tanınmış şair kimi Günay Ümid necə baxır bu fikrə?
-Şair olmaqla iş bitmir, şair həyatı yaşamaq divanəlikdi. Hər zaman uclarda olmaq…Şair işləyənlər yox, şair doğulanlar məni yaxşı anlayar.
– Özünü bircə kəlmə ilə ifadə edə bilərsənmi?
-Qarışıq!
 -Yorulmamısan ki?…
– Yorğun idim, dincəldim. Bəzən bölüşmək rahatladır insanı…

Söhbətləşdi:
Ruhiyyə Abbaszadə.

Share: