Bu gün xalq yazıçısı Çingiz Abdullayevin 60 illik yubileyidir. Ç.Abdullayev 1959-cü il aprelin 7-də Bakı şəhərində anadan olub.
Doğum günüylə bağlı Moderator.az-a açıqlamasında Ç.Abdullayev əlavə suallara cavab vermək istəməyib:
“Təbrikiniz üçün çox sağ olun. Bu gün 60 illik yubileyimdir. Gün hələ təzə başlayıb dostlar zəng vurub təbrik edirlər. Bu gün doğum günü keçirmirəm, amma yəqin ki, yaxın müddətdə gün təyin edib yubileyimi keçirəcəm. Diqqətiniz üçün minnətdaram”.
Qeyd edək ki, ədəbi fəaliyyətə tələbəlik illərindən başlayan Ç.Abdullayev mətbuatda oçerk, məqalə və dedekti janrda yazdığı hekayələrlə müntəzəm çıxış edib. Rus dilinə yazıb-yaradır. İngilis və italyan dillərində sərbəst danışır. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə edilib. Almaniyada, İrlandiyada, Fransada, Rusiyada ketləvi tirajla buraxılıb. 27 milyon nüsxədə olan 600-dən çox kitabı dünyada yayılıb. 194 adda kitabın müəllifidir.