Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türk Dövlətləri Təşkilatının Baş Katibi Kubanıçbek Ömüraliyev ilə görüşüb.
Kulis.az xəbər verir ki, görüşdə Türk Əməkdaşlıq Təşkilatlarının genişmiqyaslı ortaq fəaliyyətlərinin Türk dövlətlərinin çoxtərəfli əlaqələrinin davamlı inkişafında oynadığı roldan söz açılıb. Tərəflər rəhbərlik etdikləri təşkilatlar tərəfindən üzv və müşahidəçi ölkələrlə qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində aparılan işlərdən bəhs edib.
Eyni zamanda tərəflər yaxın vaxtlarda Türkiyədə baş vermiş şiddətli zəlzələlərin bütün Türk Dünyasında böyük mənəvi sarsıntıya səbəb olması məsələsinə toxunaraq, ölkəyə dəstəklərini davam etdirəcəklərini bildiriblər.
Görüşdə hər iki qardaş təşkilatın 2023-cü il üzrə planları və qarşılıqlı iş birliyinin daha da gücləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb, gələcək birgə tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb.
Görüşün sonunda tərəflər bir-birinə hədiyyələr bağışlayıb və xatirə şəkilləri çəkilib.