İran kinorejissorlarının əsas həmkarlar ittifaqı olan “Xane-ye Sinema” İran hakimiyyətini ötən ilin iyulundan həbsdə olan güney azərbaycanlı rejissor Cəfər Pənahini azad etməyə çağırıb.
Kulis.az xəbər verir ki, müraciətdə rejissorun sərbəst buraxılması üçün kifayət qədər hüquqi əsasların olması ilə yanaşı, həmçinin rejissorun fiziki vəziyyətinin ağırlaşmasına və xəstəliyinə diqqət yetirilməsi zərurəti qeyd olunub.
Kinorejissor və ssenarist, İran kinematoqrafiyasının yeni dalğa nümayəndələri arasında ən tanınmış şəxslərdən biri olan Cəfər Pənahi 11 iyul 1960-cı ildə Şərqi Azərbaycan əyalətinin Miyana şəhərində anadan olub. O, İran və dünya kinosunun tanınmış simalarındandır. Rejissor, eyni zamanda, bir çox beynəlxalq və nüfuzlu festival mükafatlarının sahibidir.