Mirza Hüseyn Kərimi Marağeyi
Tanınmış Güneyli şair Mirza Hüseyn Kərimi Marağeyi yaşadığı Marağa şəhərində vəfat edib.
Kulis.az xəbər verir ki, 92 yaşlı şair Marağada müalicə olunduğu “Əmir əl-Möminin” xəstəxanasında ürək çatımazlığından dünyasını dəyişib.
Kərimi Marağeyi 1931-ci ildə Marağa şəhərində anadan olub. Tanınmış satira ustası demək olar ki, şeirlərinin hamısını Azərbaycan türkcəsində yazıb.
Siyasi, ictimai və mədəni çatışmazlıqları satira formasında tənqid edən satirik şairin əsərləri azərbaycanlılar tərəfindən rəğbətlə qarşılanırdı.