Yay mövsümü başlayandan günvurma ilə bağlı olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 23 nəfər müraciət edib.
TƏBİB-dən verilən məlumata görə, onlardan doqquz nəfəri hospitalizasiya edilib, 14 nəfərə isə yerində yardım göstərilib.
Qeyd edilib ki, müraciət edənlərdən 17-si kişi, altısı qadın olub.