Gürcüstan DİN rəhbəri Azərbaycana təşəkkür etdi

Gürcüstan DİN rəhbəri Azərbaycana təşəkkür etdi

Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri ölkəsində davam edən meşə yanğınlarının söndürülməsi üçün xüsusi texnikanın göndərilməsi təklifinə görə Azərbaycana təşəkkür edib.

Bu barədə o, jurnalistlərə brifinqdə bildirib.

Nazirin sözlərinə görə, Borjomidə yanğınların yerlərini və yanğının yayılma sahəsini azaltmaq mümkün olub, ancaq lokallaşdırmanın vaxtı hava şəraitindən asılıdır.

“Mən Azərbaycan tərəfinə, dostlarımıza təşəkkür etmək istəyirəm. Bizdə də texnika var, amma mürəkkəb relyefə görə işlər dayandırılıb. Bura elə bir ərazidir ki, fiziki cəhətdən işləyə bilmirik. Helikopterlər səhərdən işləsələr də, küləkli havaya görə problemlər yaranıb. Yanğınsöndürən təyyarə böyük lüksdür və bu bizdə yoxdur. Türkiyə tərəfi bu işdə bizə kömək etdi, buna görə onlara minnətdarıq”, – deyə Vaxtanq Qomelauri bildirib.

Onun sözlərinə görə, Bakı-Ceyhan kəmərinə yanğın təhlükəsi yoxdur.

Mənbə: Accentnews.ge

 

Share: