“Azərbaycan və Ermənistan arasında Tbilisidə dialoq formatının davam etdirilib-etdirilməyəcəyi barədə heç nə deyə bilmərəm. Ən əsası odur ki, bu gün həmkarlarımın dialoqu baş tutur”.
Müstəqil.Az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili deyib.
Nazir dialoq prosesinin nəticələr verəcəyinə əminliyini ifadə edib: “Bu prosesin davam etdirilməsinə zərurət yaranacağı halda, Gürcüstan hökuməti əvvəllər olduğu kimi bu dialoq üçün mütləq vasitəçilik edəcək”.
Müstəqil.Az