Gürcüstan İnterpolun axtarışında olan şəxsi ABŞ-a ekstradisiya edib

Gürcüstan İnterpolun qırmızı kateqoriyasında axtarışda olan şəxsi ABŞ-a ekstradisiya edib.

-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstanın Baş prokurorluğu yayıb. Bildirilib ki, sözügedən şəxs 2017-2021-ci illərdə azyaşlılara qarşı cinsi xarakterli zorakılıq törətmək, ailə üzvünə hücum, həmçinin 2020-2021-ci illərdə qanunsuz cinayətkar dəstəyə üzv olmaq və. s ilə ittiham edilib və ABŞ-ın müvafiq orqanları tərəfindən axtarışa verilib.

Məlumatda qeyd olunub ki, cinayətkarın ekstradisiyası ilə bağlı yekun qərar 2023-cü il dekabrın 26-da qəbul edilib.

Share: