Gürcüstan parlamentində dinləmələr zamanı dava düşüb.
Müstəqil.Az gürcü mətbuatına istinadən məlumat verir ki, insident “Gürcü arzusu” partiyasından millət vəkili seçilmiş Eka Beseliya və Vano Zardidiaşvili arasında baş verib.
Parlamentin hüquq məsələləri üzrə komitəsinin iclasında ikili arasında mübahisələr getdikcə sərt şəkildə davam edib.
Zardiaşviliyə yaxınlaşan Beseliya gözlənilmədən onu vurub və qorxaq adlandırıb.
Ardınca iclasa texniki fasilə verilib.(oxu.az)