Gürcüstan XİN başçısının müavini: “Regional sülh üçün azərbaycanlı həmkarlarımızla var gücümüzlə işləyirik”

Gürcüstan XİN başçısının müavini: “Regional sülh üçün azərbaycanlı həmkarlarımızla var gücümüzlə işləyirik”

Gürcüstan XİN başçısının müavini: “Regional sülh üçün azərbaycanlı həmkarlarımızla var gücümüzlə işləyirik”

Azərbaycanlı həmkarlarımızla birlikdə bütün gücümüzü regionda sülhün, inkişafın və rifahın təmin edilməsinə yönəltmişik.

Bunu -nın Tbilisi müxbirinə açıqlamasında Gürcüstan xarici işlər nazirinin müavini Vladimer Konstantinidi deyib.

Onun sözlərinə görə, Gürcüstan regionda sabitliyə və sülhə xidmət edən proseslərdə daim fəal iştirak edir.

O, Gürcüstanın Azərbaycanla birlikdə vacib iqtisadi layihələr reallaşdırdığını, ölkəsinin Azərbaycanla digər perspektivli layihələri həyata keçirməyə hazır olduğunu vurğulayıb:

“Əlbəttə, heç kimə sirr deyil ki, biz Azərbaycanla birlikdə çox mühüm iqtisadi layihələr həyata keçiririk. Strateji əhəmiyyətli beynəlxalq iqtisadi layihələri qeyd etmək belə kifayətdir. Bu, illərdir uğurla davam edir və biz gələcəkdə Azərbaycanla birlikdə həyata keçirəcəyimiz bütün perspektivli, maraqlı layihələri nəzərdən keçirməyə hazırıq”.

Azərbaycanlılarla gürcülərin qardaş xalqlar olduğunu vurğulayan Vladimer Konstantinidi Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

“Qardaş Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirik. Çox şadıq ki, Azərbaycan səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə bir çox soydaşımız, həmkarımız iştirak edir. Bizi dostumuz Azərbaycanla nə qədər yaxın, mehriban, möhkəm münasibətlər bağladığından danışmağa belə ehtiyac yoxdur. Onları bugünkü müstəqillik günü münasibəti ilə təbrik edir, qardaş Azərbaycan xalqına firavanlıq arzulayıram”,- nazir müavini deyib.

Share: