Gürcüstana yarışa gedən idmançımız qəzada öldü

Tbilisidə II Avropa oyunlarına D kateqoriyalı lisenziya xarakterli yarışa yollanan sambo üzrə yığma komandanın üzvü Kərimov Yusif Arif oğlunu (52 kq) maşın vurub.

Müstəqil.az modern.az-a istinadən xəbər verir ki, 1984-cü il təvəllüldlü idmançımız zərbənin təsirindən hadisə yerində dünyasını dəyişib.

Avtomobil Yusif Kərimovu səkinin üstündə dayanarkən vurub.

Hazırda Gürcüstan polisi hadisə ilə bağlı araşdırma aparır.

Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova məlumatı təsdiqləyib.

Məlumata görə, Azərbaycan tərəfi aidiyyati qurumlarla (Azərbaycanın Gürcüstandakı səfirliyi) idmançının cənazəsinin ölkəmizə gətirilməsi üçün tədbirlər görür.

Share: