Gürcüstanda Azərbaycanlı İş Adamları Birliyi (AZEBİ) hər il olduğu kimi bu il də Ramazan bayramı münasibətilə ərzaq yardımı kampaniyası təşkil edib.
Müstəqil.Az yerli KİV-ə istinadən bildirior ki, xeyriyyə aksiyası təşkilata üzv və tərəfdaş şirkətlərin dəstəyi ilə baş tutub.
Kampaniya çərçivəsində Tbilisi şəhəri, Qardabani və Marneuli rayonlarında yaşayan 150-dən çox aztəminatlı azərbaycanlı ailəyə ərzaq məhsullarından ibarət qutular paylanılıb.
Müstəqil.Az