Gürcüstanda son sutkada daha 1 104 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 1 603 nəfər sağalaraq evə buraxılıb, 21 pasiyent vəfat edib. Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib. Qonşu ölkədə COVID-19-a təsdiqlənən yoluxma hallarının ümumi sayı 334 705 təşkil edir. Yoluxanların 315 254-ü sağalıb, 4 540-ı isə ölüb.
Ötən 24 saat ərzində 30 minə yaxın test yoxlaması aparılıb.