Gürcüstanda son sutkada daha 549 nəfər koronavirusa yoluxub, 24 nəfər vəfat edib.
Müstəqil.Az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Qonşu ölkədə indiyədək COVID-19 infeksiyası 322 468 nəfərdə aşkar olunub, ümumi ölüm sayı isə 4 305 təşkil edir.
Ötən 24 saat ərzində xəstəlikdən 1 439, ümumilikdə isə 302 428 nəfər müalicə olunaraq sağalıb.
Müstəqil.Az