Gürcüstanda deputatla etirazçılar arasında əlbəyaxa – Video

Tbilisidə “Ayıbdır” hərəkatının fəalları ilə Gürcüstan parlamentinin deputatı Emzara Kvitsiani arasında qarşıdurma baş verib.

“Qafqazinfo”nun “REN TV”yə istinadən məlumatına görə, buna səbəb parlamentdə yeni hökümətin təsdiqinə dair səsvermənin davam etdiyi müddətdə hərəkat fəallarının parlament binasının qarşısına qoyun sürüsü gətirməsi olub. Onlar yeni hökümət üzvləri üçün “utanc dəhlizi” qurmağı planlaşdırırmış.

Elə bu vaxt küçəyə çıxan deputat E. Kvitsiani nümayişçilərlə əlbəyaxa olub. Polis deputat və etirazçıları ayırıb.

Gürcüstan Daxili İşlər Nazirliyində hadisə ilə bağlı cinayət işi açılıb.

Qeyd edək ki, Gürcüstan parlamenti keçmiş Daxili İşlər naziri Giorgi Qaxarianın başçılıq edəcəyi yeni hökumətə etimad göstərib. Yeni hökümətdə Gürcüstanın Daxili İşlər naziri postunu Vaxtanq Qomelauri, Müdafiə naziri postunu isə İrakli Qaribaşvili tutub.

Share: