Gürcüstanda xarici şirkətlərlə birgə elektrik avtomobillərinin istehsalına başlanılması planlaşdırılır.
Müstəqil.Az APA-ya istinadən xəbər verir ki, layihənin dəyəri 5 milyon dollar məbləğində qiymətləndirilir.
Birgə istehsal müəssisəsinin yaradılması ilə bağlı Çin və Almaniya şirkətləri ilə artıq müvafiq memorandum imzalanıb. Hazırda layihənin texniki-iqtisadi əsaslandırılması həyata keçirilir. İlk elektrik avtomobillərin 1,5 il ərzində istehsal olunacağı gözlənilir.
Rustavi şəhəri yaxınlığında yerləşəcək müəssisədə elektrik avtomobilləri yerli, regional və Avropa bazarları üçün dizayn olunacaq.