Gürcüstanda ötən sutkada daha 388 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 331 nəfər sağalaraq evə buraxılıb.
Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib. Son 24 saat ərzində 7 pasiyent vəfat edib.
Qonşu ölkədə pandemiya başlayandan bu günədək COVID-19-a 267 701 yoluxma faktı təsdiqlənib. Yoluxanların 260 597-si sağalıb, 3 406-sı isə ölüb.
Müstəqil.Az