Gürcüstanda matəm elan edildi

Gürcüstanda matəm elan edildi

Gürcüstanın Şovi kurort zonasında baş verən təbii fəlakət ilə əlaqədar olaraq avqustun 7-si matəm elan olunub. 

“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Baş naziri İrakli Qaribaşvili açıqlayıb. 

Xatırladaq ki, Şovidə avqustun 3-ü günorta saatlarında baş verən torpaq sürüşməsi nəticəsində 7 nəfər həlak olub. Hadisə zamanı körpülər üçüb və yollara ziyan dəyib. Hazırda 30 nəfərin axtarışları davam etdirilir. Ümumilikdə sürüşmə zonasından 210 nəfər təxliyə edilib.


Share: