Gürcüstandan 178 Azərbaycan vətəndaşı təxliyə olundu

Azərbaycanın Gürcüstandakı səfirliyi iyunun 23-də 178 nəfər Azərbaycan vətəndaşının ölkəmizə qayıtmasını təmin edib.

Müstəqil.Az bildirir ki, təxliyə olunan həmin şəxslər iyunun 22-də Azərbaycanın Gürcüstandakı səfirliyində koronavirusun müəyyənləşməsi üzrə test veriblər. Testlərin hamısının nəticələri neqativ olub.

Vətəndaşlarımız səfirliyin qarşısından avtobuslar vasitəsilə “Sınıq Körpü” sərhəd-keçid məntəqəsinə yola salınıb. Onların arasında yaşlılar, qadınlar və yeniyetmələr də var. Vətəndaşlar Azərbaycanla sərhəddəki “Sınıq Körpü” sərhəd-keçid məntəqəsinə çatdırılacaqlar.

Onların ölkədəki xüsusi karantin rejimi çərçivəsində yaşadıqları yerə çatmaq üçün birgünlük sərbəst hərəkət icazəsi olacaq.

Müstəqil.Az

Share: