NATO daha güclü demokratiya və inteqrasiya yolunda Gürcüstanın yanındadır.
xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşdən sonra keçirilən brifinqdə deyib.
“Avropa İttifaqına (Aİ) namizəd statusu sabitliyinizi və rifahınızı yaxşılaşdırmaq üçün ən böyük fürsətdir”, – deyə alyansın rəhbəri qeyd edib.
Stoltenberq bildirib ki, Gürcüstanın bu gün Aİ-yə üzvlük üçün atdığı addımlar ölkənin NATO-ya daxil olması prosesinə töhfə verəcək.