Gürcüstanın Bakıdakı səfirliyinin binası üzərində dövlət bayrağı endirilib.
Müstəqil.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb.
Qeyd edək ki, iyulun 29-da Gürcüstanın Qudauri bölgəsində dərəyə düşən paraplançıların axtarışı üçün uçan Daxili İşlər Nazirliyinin sərhəd polisinin helikopteri qayaya çırpılaraq partlayıb. Helikopterin göyərtəsində olan ekipaj üzvlərinin hamısı, eləcə də paraplanda uçan xarici turist həlak olub. Baş vermiş qəza ilə əlaqədar olaraq iyulun 30-u Gürcüstanda matəm günü elan edilib.
Müstəqil.Az