Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkənin azərbaycanlı vətəndaşlarını Novruz bayramı münasibətilə təbrik edib.
Baş nazir Novruz bayramının yeni ilin, yeni həyatın başlanğıcının simvolu olduğun bildirib:
“Azərbaycanlı vətəndaşlarımızı Novruz bayramı – yeni ilin, yeni həyatın başlanğıcının simvolu olan baharın bu gözəl bayramı münasibətilə təbrik edirəm. Hər kəsə sülh, xoşbəxtlik, tərəqqi və firavanlıq arzulayıram”.
Müstəqil.Az