Unikal.org Azərbaycanda hüquq-mühafizə orqanları tərəfindən həbs edilən sabiq icra başçılarının əvvəllər hansı peşə ilə məşğul olduqlarını araşdırıb.
Müstəqil.Az xəbər verir ki, araşdırma nəticəsində məlum olub ki, bu gün Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan Alimpaşa Məmmədov bu vəzifəyə təyin olunana qədər tamada kimi fəaliyyət göstərib.
Həbs olunan Biləsuvar rayonunun sabiq icra başçısı Mahir Quliyev isə bir zamanlar Bakı şəhərində yerləşən məşhur “Sahil” restoranında ofisiant işləyib.
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində həbs olunan Neftçala İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev “Qara bazarda” dollar alış-verişi ilə məşğul olub.
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev Bakı Hava Limanında kassir işləyib.
Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev zootexnik kimi fəaliyyət göstərib.
Həbs olunan Yevlax rayon icra hakimiyyətinin sabiq başçısı Qoca Səmədov Yevlax rayonunda tədarükçü kimi fəaliyyət göstərib.
Müstəqil.Az