Bir müddət əvvəl həbs edilən Ağstafa rayonunun sabiq icra başçısı Nizaməddin Quliyevin vəzifəsini hələlik heç kim icra etmir.
Müstəqil. Az bildirir ki, bu barədə Axar.az-a açıqlamasında başçının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova deyib.
“İcra başçısının vəzifəsini heç kim icra etmir. Hər şöbə, hər müavin öz işi ilə məşğuldur”, – L.Eyyubova bildirib.
Qeyd edək ki, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi üçün Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və birinci müavini Ramiz Tatarov həbs ediliblər. Məhkəmənin qərarı ilə onlar barəsində istintaq müddətində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Müstəqil. Az