Həbsdə olan iş adamının hüquqları pozulur – Vəkil açıqlama verdi (VİDEO)

Həbsdə olan iş adamının hüquqları pozulur – Vəkil açıqlama verdi (VİDEO)

 

Sahil Babayevin sifarişi ilə həbs olunduğu deyilən iş adamının hüquqları pozulur
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin(ƏƏSMN) Sahil Babayevin sifarişi ilə həbs olunduğu deyilən sahibkar Alışanlı Tural Asif oğlunun növbəti məhkəmə prosesi keçirilib.
Müstəqil.Az xəbər verir ki, Tural Alişanlının vəkili Fuad Ağayev bu barədə mediyaya açıqlama verib. O, bildirib ki, istənilən halda Tural Alişanlı azad edilməli idi.
Hətta məhkəmə qərarının müddəti bitməsəydi belə, o azadlığa buraxılmalı , deyə vəkil qeyd edib. Turalın ailəsi onun məhkəmə prosesinin təxirə salınmasını, Turalın həbsinin uzadılmasına xidmət etdiyini bildiriblər. Vəkil Fuad Ağayev mediyaya aşıqlamasında Məhkəmə prossesinin təxirə salınmasına gətirilən bəhanəni də açıqladı. Açıqlamada isə guya Tural Alışanlının məhkəmədən öncə iş materialları ilə tanış olmamasına şərait yaradılmaması, iş materiallarını görməməsi, onun ibtidai istintaqdakı, hüquqlarının pozulması ilə bağlı məlumat verilməsi ilə Bakı İstintaq Təcizxanasına sorğu göndərilidiyini bəhanə gətiriblər.
Vəkil onu da əlavə edib ki, bir aydan çox vaxt keçməsinə baxmayaraq bu sorğuya cavab ala bilməyiblər.
 
Müstəqil.Az

 

Share: