Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Kiçik bir travmadan sonra çox böyük göyərmə sahəsi yaranırsa, diqqətli olmaq lazımdır”.
Bunu rusiyalı terapevt Darya Miftaxova deyib. Həkim hansı hallarda bu simptomlarla üzləşdikdə mütəxəssisə müraciət etməli olduğumuzu izah edib.
Miftaxovanın sözlərinə görə, yüngül zərbələrdən sonra yaranan böyük göyərmə sahələri qanın kifayət qədər laxtalanmaması səbəbindən yarana bilər. Bunun səbəbi trombositlərin qanda səviyyəsinin aşağı olması və ya laxtalanma faktorlarında çatışmazlıq ola bilər. Həkim xəbərdarlıq edib ki, bu halda qanaxma həyati təhlükə yarada bilər.
“Həmçinin bədəndə eyni vaxtda yaranan və ölçüsü bir santimetrdən çox olan çoxlu sayda göyərmə olduqda diqqətli olmalısınız”, – deyə terapevt Darya Miftaxova bildirib.
Bundan əlavə, əgər göyərmələr tez-tez baş verir və qəfil qanaxma ilə müşayiət olunursa, xüsusən də oynaqlarda, əzələlərdə və yumşaq toxumalarda, həkimlər hemofiliyadan şübhələnə bilərlər.
“Bədəndə tez-tez çox sayda iri həcmli göyərmələr yaranarsa, həkimə müraciət etməlisiniz. Xəstədə qanaxma pozğunluğuna dair şübhə varsa, ona trombositlərin miqdarı, PT (protrombin vaxtı) və APTT (aktivləşdirilmiş qismən tromboplastin vaxtı) müəyyən edilməsi üçün analizlər təyin edilməlidir.
Mənbə: Lenta.ru