Həkim səhvi üzündən qadın övladını, əllərini və qollarını itirdi – FOTOLAR

ABŞ-da yaşayan 31 yaşlı hamilə qadın Kayley Ferqyuson Ualker həkimlərin səhvi ucbatından övladını, iki əllərini və ayaqlarını itirib. Hamiləliyinin altıncı ayında böyürək funksiyasının pozulması ilə xəstəxanaya yerləşdirilən qadının başına həkimlər oyun açıblar. Həkimlər qadını “sepsis”lə yoxlayarkən Kayleyin uşaqlığına mikrob düşüb. Bundan sonra isə qadın komaya düşüb.
Əllərində və ayaqlarında çürümə gedən qadını xilas etmək üçün həkimlər onun əllərini və ayaqlarını amputasiya ediblər. Hadisə zamanı qadın bətnindəki körpəni də itirib. İndi əlil arabasında gəzən qadına həyat yoldaşı və üç yaşlı qızı dəstək olur. Tezliklə Keyley protezdən istifadə edəcək.
Müstəqil.Az xarici mediaya istinadən Keyleyin ürəkdağlayan fotolarını təqdim edir.

Share: