Həkimlər xəbərdarlıq etdi: Bu şəxslər qətiyyən CƏFƏRİ YEMƏSİNLƏR

Həkimlər xəbərdarlıq etdi: Bu şəxslər qətiyyən CƏFƏRİ YEMƏSİNLƏR

“Varikozdan və ürək-damar xəstəliklərindən əziyyət çəkən, oturaq həyat tərzi keçirən yaşlılarda tromboz ehtimalı artır”.

Bunu “Sağlam yaşa!” verilişinin aparıcısı, həkim Andrey Prodeus “Birinci Kanal”ın efirində deyib.

Həkim bu risk qruplarından olan insanlara qan laxtalanmasına səbəb olan, laxtalanmanı sürətləndirən və tərkibində yüksək miqdarda K vitamini olan qidaları qəbul etməməyi tövsiyə edib.

Prodeus qeyd edib ki, təhlükəli qidalar arasında cəfəri, ispanaq və reyhan var:

“Cəfəri mütləq çempiondur: 100 qram cəfəri gündəlik 20 dozada K vitamini ehtiva edir”.

Həkim Yelena Malışeva mütəxəssislə razılaşıb və əlavə edib ki, cəfəridə gündəlik K vitamininin iyirmi dəfə çox olması sağlamlıq üçün ciddi təhlükədir:

“Yəni, qan laxtalanma riski adi həyatda olduğundan 20 dəfə yüksəkdir” dedi.(Publika.az)

Share: