“Həkim,şair Oqtay Şəfioğluna…” – Adilə Nəzər yazır…

                    Doktor…
               (Adilə Nəzər)
Həkim,şair Oqtay Şəfioğluna…
Çalış ehtiyatla çıx pilləkənləri, doktor,
Qucağında bir dəmət bahar çiçəkləri var.
Hər adam çəkə bilməz sən çəkənləri, doktor,
Hər adamın qəlbini belə bəzəməz bahar.
 
Yanmayıb hələ sular, hələ yaşıldı güllər,
Duyğular bir nur kimi könlümüzə dolmaqda.
Nola beləcə keçə günlər, aylar-fəsillər,
Davam edə olanlar necə varsa olmaqda.
 
Çəkib getsin köçünü birdəfəlik dərd,hüzün,
Gecən gecə tək ola, gündüz ola gündüzün.
Gözünü tez-tez yora yazın şirin yuxusu,
Dönə bahar selinə ürəyinin duyğusu.
 
Pillələri qalxasan daim güllə-çüçəklə,
Qəlbinin alovunu yaya hər yana rüzgar.
Yaşadığın günlərin dadını-sevincini,
Baxıb xatırlayasan şəkillərdən sonralar…
Müstəqil.Az
Share: