Hələ təpələrə qonmur buz-qırov, yayın nəfəsinə qarışar nəfəs -Tursun Əlinin şeirləri…

Hələ təpələrə qonmur buz-qırov,  yayın nəfəsinə qarışar nəfəs -Tursun Əlinin şeirləri…

Özbəkistanın tanınmış şairi Tursun Əli 1952-ci ilin fevral ayının 5-də Fərqanə viləyetnin Qüvə rayonunda anadan olub.

Daşkənd Dövlət Universitetinin Filologiya fakültəsini bitirib.

“Ürəkdəki sözlər” (1983), “Parlaq günlər” (1985), “Əzab astanası” (1992), “Gecənin səsi” (1993), “Mənim tənhalığım” (1995), “Oyaq sükut” (1999), “Hisslərin rəngi” “(Seçim, 2001), “Səssiz qışqırıq “(2005)  kitablarının müəllifiditr. 

Müstəqil.Az tanınmış şairin şeirlərini təqdim edir

 

POEZİYA

Poeziya,

sən ən parlaq göy qurşağısan,

sehrli gözəlliyi göstərən hər an.

Zəng edirsən

sanki mənim ulduzum,

mənim taleyimdə

isiqli mələk.

Sənsiz

ağ günlərim qaraya dönər,

Sənsiz

ürək deyil sinəmdə ürək.

VƏTƏN

Gözlərimin

hissi

nurunda,

ürəyimin

dərinlərində,

nəzarətsiz

xəyalımın genişliyində,

ömrümün

ildırımlı

addımlarında,

sən varsan

sən varsan

Ehey, vətənim!

* * *

Üfüqlərə əl verib

uzanan geniş

yaşıl mahnılarda

pıçıldayır ot.

Gülümsəyir güllər,

nəva edir bülbüllər.

üfuqlər oynayır qaranquş kimi.

Genişlənər qoynunda

ürəyimdən böyüyür

dayanmayan qanadlar,

sanki…

* * *

Qayadan qayaya sıçrayan ahu

Vətən hesab edir dağları, ancaq,

Fırtına olsa da dağların üstü,

ülgüc bədənini deşirdi bu cağ.

 

Məkanın əzizlər ahu həmin gün,

Teleyi gözünə verməz göz yaşı,

Ürəyi dağların məkanı, bunçün

tərk etmez heç bu daği, daşı.

 

* * *

Ölkəmə gəlməyib hələ də payız,

Uçub gedəyibdir hələ də bir quş.

Hələ ağacları bəzəyir yarpaq,

Yanır tarlalarda hələ də işıq.

Hələ təpələrə qonmur buz-qırov,

yayin nəfəsinə qarışar nəfəs.

Ürəyim günəşə tərəf boylanar

Çaylar rəqs edərkən ucalar bu səs.

 

* * *

Günəşə gedən yolda,

nə qədər çox iz var.

İlan,

Siçovul izləri.

Qurd,

qoyun izləri.

Qan,

Fəryad,

karvan izləri.

Günəşə gedən yolda,

nə qədər çox iz var.

Turfa rəng.

Ağ,

qara,

qırmızı,

hər cür izlər var.

Günəşə gedən yolda

nə qədər iz var

Çirkin,

yaltaqlıq

iyrənc izləri

Keçib gedir

ürəyimdə yatan

ədalət,

vicdan,

həqiqət izləri.

*****

I

Hər tərəf gözəllik, hər tərəf çiraq,

Yəqin isiq kimi sən də gələrsən.

İpək köynək geyir sanki burda Ay,

rəqabətə hazır, bunu bilərsən?.

Tutdum əllərini qorxu içində,

Sənin saçlarını oynadır külək.

səni gözlərində mehr, məhəbbət ,

Həm də duyğulara doludur ürək.

 

Biz çisə, çəsəyə  batdıq, sonra da

ulduzlardan alamamısan göz.

Ehtiras boy atır qaynayıram mən,

Saçın darayacam bəs buna nə söz…

Ay doğur, yenə də sükut içində

uzatsan əlini qayıdacaqmı boş.

Dadıdıram süst halda gəçənin dadın,

sonra da  gedecem səhərə sərxoş.

II

Eynən o gün…

Sən gəldin ay kimi dolğun.

qara çay kimiydi uzun saçların

sinəndə süzürdü ləbə-ləb olub.

Unutdum,

özümü itirdim, sonra

bürüdü məni də o dalğa saçlar

az qala boğuldum o qara “çayda”…

RAUF PARFI

Ay işıqsız, nədən, belə

Yanıb bitən od üzləri

Sanki kül tək…

qarışıqdı

gecələri, gündüzləri.

Bir sözün işığında

vücudum yanarkən, inan,

Ay ölmüşsə işıqsız gözün

bəs hara dikilib?.

Ay, Ay,

sənə yalvarıram,

qayıt, bir də gəl.

yanan bədənimdən götür min alov.

Sonra işıqlandır

dünyanın qaranlıq gecələrini.

İşıqlandir,

insanların qaranlıq daxmalarını

İşıqlandır

adamların ürəylərini.

Ay, Ay,

Bax, sözümə, ümidi üzmə

hər tərəf yanmaqda,

heç nəyi gəzmə

gəl, mənə inan.

HÜRRIYƏT

Gəl, can quşum, canım quşum, gəl,

qucaqlayacaam səni,

gəl, indi,  bu vaxt.

Yavaş-yavaş oxşayım lələklərini,

Ey, qanadları qanlı

ürəyi xallı

lap çoxdan qəfəsdə yaşayan quşum,

gəl, məni qucaqla,

ürəyim azad olsun, gəl.

Səni azad görə bilməyənlər haqqı,

Sızlamağına qulaq asa bilməyənlər haqqı,

Səni qucaqlayacam, bir gəl, can quşum.

 

Özbək türkcəsindən Azərbaycan türkcəsinə  Rəhmət Babacan və Faiq Balabəyli uyğunlaşdırdı

Share: