Həm sevgilisini, həm onları ayırmaq istəyən qadını bıçaqladı

Həm sevgilisini, həm onları ayırmaq istəyən qadını bıçaqladı

Ötən gün Gəncədə baş verən bıçaqlanma hadisəsinin təfərrüatı məlum olub.

“Qafqazinfo” xəbər verir ki, Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis bölməsinə şəhər sakini 1993-cü il təvəllüdlü Gülnarə İsmayılovanın baş və sol bilək nahiyələrinin kəsilmiş-deşilmiş və 2002-ci Pərvanə İsmayılovanın isə bilək nahiyəsindən kəsilmiş yaraları alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan şəxlərə xəsarət yetirməkdə şübhəli bilinən, 1981-ci il tədbirləri Vüsal Rzayev saxlanılıb:

“Araşdırmalar zamanı məlum olub, şübhəli şəxs qeyri-rəsmi yaşadığı G.İsmayılova ilə şəxsi münasibətlər zəminində mübahisə zamanı sonuncuya bıçaqla xəsarət yetirib, bu zaman onları aralamaq istəyən P. İsmayılova da xəsarət alıb”.


Share: