“Həmin tarixi dodağımın içinə döymə etdirdim”

“Həmin tarixi dodağımın içinə döymə etdirdim”

Türkiyəli aktyor Ekin Mert Daymaz karyerası ilə bağlı maralı açıqlama verib.

 

 

Müstəqil.Az türk mediasına istinadən xəbər verir ki, aktyor əvvəllər sənətinə indiki qədər əhəmiyyət vermədiyini etiraf edib.

“Son bir ildə aktyorluğa olan həvəsim artıb. Əvvəl ssenari gələndə oynayım qurtarsın deyə düşünürdüm. Ciddiyə almırdım. İndi buna təəssüflənirəm. Bundan sonra hər şeyin fərqli olacağını bilirəm” – deyə, Ekin bildirib.

O, karyerasında dönüş etməyə qərar verdiyi tarixi isə belə xatırlayır: 

“Karyeram mənim üçün təzə başlayır. Bir filmi Kiprdə çəkdim, bitdi və 1 həftə sonra başqası başladı. Bitdi, ertəsi gün yeni bir serialın çəkilişləri başladı. Normalda hansısa filmə çəkiləndən sonra 3-4 ay yatmaq istəyirdim. Amma indi başqa layihəm də var.

Bir az müalicə aldım. Həddindən artıq yüklənmişdim. İndi daha inamlı addımlarla irəliləyirəm. Kişilər bir az gec böyüyür. Məsuliyyətlərimin fərqində deyildim. Bir gün oyandım və özümdən “nə edirəm?” deyə, soruşdum. Dərhal yerimdən durub döymə vurdurmaq üçün bir məkana getdim. Və həmin tarixi dodağımın içinə döymə etdirdim – 23 aprel 2021. Bu tarix mənim dönüş nöqtəm oldu. Yadımdan çıxmasın deyə arada baxıram”.

O, son olaraq bu günə qədər canlandırmadığı obrazlarda özünü sınamaq istədiyini əlavə edib.

Müstəqil.Az

Share: