Masallıda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılan şəxsin oğurluq əməlinin də üstü açılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan. Müstəqil.Az-a verilən məlumata görə, Masallı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Musaküçə kənd sakini Xəqani Mamedov saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Ətrafında aparılan əlavə əməliyyat-axtarış tədbirləri ilə həmin şəxsin oğurluq əməlinin də üstü açılıb. Belə ki, Xəqani Mamedovun gecə saatlarında həmkəndlisinə məxsus yaşayış evindən ümumi dəyəri 1500 manat olan 1 ədəd televizor və 1 ədəd noutbuk oğurladığı müəyyən edilib. Oğurlanan əşyalar aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.
Müstəqil.Az