“Müqəddəs Azərbaycan torpağında olduğumuz ilk dəqiqədən ev sahibinin səmimi münasibətini hiss etdik. Bu dövlət səfəri dövlətlərimiz arasında əməkdaşlığın inkişaf perspektivləri nöqteyi-nəzərindən çox mühümdür. Gördüyünüz kimi, məni çox böyük nümayəndə heyəti müşayiət edir. Bu, onu göstərir ki, biz belə mühüm tədbirin – qardaş Azərbaycana dövlət səfərinin bütün aspektlərinə geniş hazırlıq görmüşük”.
xəbər verir ki, bu sözləri Azərbaycanda rəsmi səfərdə olan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.
“Əvvəlcə, öz səfərimə qiymət vermək istərdim. Həqiqətən səfər tam uğurlu oldu. Bu gün müvafiq sənədlərin, sazişlərin imzalanmasında iştirak etdik. Amma ən başlıcası odur ki, razılaşdığımız kimi, hökumətlərin və digər müvafiq idarələrin səyləri yüksək səviyyədə görüşlər zamanı əldə olunmuş bütün razılaşmaların tam şəkildə reallaşmasına yönəldiləcək”, – deyə o qeyd edib.