Gündəmdədi, şahdı Zaur!
Jurnalistlər sarayında,
Qurub qızıl taxtı Zaur!
“Bizimləsən” verilişilə,
Gündəmdədi, şahdı Zaur!
Dostların xeyir-şərinə,
Şərikdi kef, dəmlərinə.
Bütün xalqın dərd-sərinə,
Çox ayırır vaxtı Zaur!
Bakımızda tək diktorsan,
Öncül, öndə yek diktorsan.
Vətənpərvər, türk diktorsan,
Allah, çörək haqqı, Zaur!
Xalqı dərdli gördün deyə,
Çox ah çəkdin, ahın göyə.
Bəlkə elə ona görə,
Saçların da ağdı, Zaur!
Lətif kişi o, dünyanız,
Behişt olsun, məkanınız.
Nə yaxşı ki, can anamız,
Dilavər də sağdı Zaur!
Nər Davudla, gül Dilavər,
Uşaqlıqdan dildə əzbər.
Hərənin bir qisməti var,
Səndə də bu, baxtdı Zaur!
Düşmənləri yerə girsin,
Taleləri daim gülsün.
Bunu da çox yaxşı bilsin,
Günay ilə dağdı Zaur!
Xalqa diqqət göstərməklə,
Gündəmdəsən düz əməklə.
Şair Fuad saf ürəklə,
Sənə şeir yazdı Zaur!
Nömrə birdi Zaur, Günay
Düz həftənin yeddi günü,
Efirdədi Zaur, Günay!
Heç çəkmədi o, özünü,
Çox sadədi Zaur, Günay!
Tele-məkan orbitində,
Bu dünyanın diqqətində.
Dövlət verib qiymətin də,
Nömrə birdi Zaur, Günay!
Dindarlarla ön cərgədə,
Onu gördüm bu ölkədə.
Bir də gördük Həcc, Məkkədə,
Səfərdədi Zaur, Günay!
Uşaqları icbar edir, /icbar – məcbur\
Dinimizi iqrar edir. /iqrar – təsdiq\
Xalqa gözəl izhar edir, / izhar – izah\
Zikri, virdi Zaur, Günay! /virdi – dini kəlam\
Dəribdi eşqin növrəsin,
Əzizləyir gül qönçəsin.
Uçurdaraq bünövrəsin,
Yıxdı dərdi Zaur, Günay!
Müəllif: Fuad BİLƏSUVARLI
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
Prezident mükafatçısı.