…Hər ağacın dibində bir sarmaşıq məhəbbəti cücərirdi…(Hekayə) – Oktay Tahirli

Müstəqil.Az Oktay Tahirlinin “SARMAŞIQ MƏHƏBBƏTİ” yeni  adlı hekayəsini təqdim edir:
Meşənin dərinliyində nəhəng palıd ağacı öz böyüklüyü ilə,ucalığı ilə öyünürdü.Hər gün ucadan meşəni seyr edir,qürurla öz əzəmətini nümayiş etdiririrdi.Meşədə bu gözəllikdə,bu hündürllkdə,bu yaraşıqda ağac yox idi…
…Bir gün palıdın ğövdəsinin lap yaxınlığında bir sarmaşıq otu göyərməyə başladı.Onun yamyaşıl kiçik yarpaqlarını yuxarıdan aşağıya süzən palıd soruşdu:
-Sən kimsən?
Sarmaşıq güclə eşidiləcək,incə bir səslə cavab verdi:
-Mən sənin məhəbbətinəm!
Palıdın gülüşü bütüm meşəni bürüdü:
-Sən?…Sən mənim bir yarpağım boyda deyilsən.Sən mənim necə məhəbbətim ola bilərsən?
Sarmaşıq bir qədər də nazalandı:
-İcazə ver sənə sığınım.Mənim məhəbbətimi hiss edəcəksən!
Palıdın şaqraq gülüşü yenə meşəni bürüdü:
-Zavallı balaca,bu meşədəki gözəl ağaclar mənə məhəbbət ola bilmədilər.Səndən mənə nə məhəbbət? Amma icazə verirəm,gövdəmə sığın.Gövdəm səni küləkərdən,yağışlardan qoruyar…
…Günlər aylara,aylar illərə çevrildi.Sarmaşıq palıdın nəhəg gövdəsinə sarılmışdı.Bütün gövdə sarmaşığın qucağında idi.Hər gün palıdı daha çox sıxır,bir qədər kobudlaşmış səsi ilə deyirdi:
-Mənim məhəbbətim,mən səni sevirəm.Sənsiz yaşamağım mümkünsüzdür.İcazə ver,budaqlarını da qucaqlayım,onda məhəbbətimi daha da hiss edəcəksən…
…Sarmaşığın məhəbbəti palıda xoş idi.Onun nəvazişi,istiliyi palıdı bihuş edirdi…Amma palıd hiss edirdi ki,günü-gündən ürəyi sıxılır,nəfəs almağı çətinləşir…
…Sarmaşıq isə hər gün palıdın budaqlarına sarılmaqda idi.Artıq yavaş-yavaş sarmaşıqlı budaqlar quruyurdu…
…Palıdın əzəməti,qüruru can verirdi…Kənardan baxanlar o əzəmətli ağacı yox,sarmaşığa bürünmüş nəhəng bir kol görürdü…
…Nəhayət palıdın sonuncu budağı da sarmaşığın ağuşunda qurudu.Palıd ölürdü,sonuncu dəfə meşəyə baxdı.Ona elə gəldi ki,vaxtında onun gözəlliyinə həsəd aparan ağaclar ona göz yaşı tökürlər.Bu,palıdın yaddaşında axırıncı xatirə oldu…
…İndi sarmaşıq palıdın o hündürlüyündən meşəyə baxır,öz əzəmətini,qürurunu nümayiş etdirirdi…
…Zaman keçdi bir gün burdan keçən odunqıranlar palıdı sarmaşıqdan azad etdilər…
…Sarmaşıq ömrü bitmədi.Küləyin dağıtdığı sarmaşıq toxumları meşəyə yayılmışdı…
…Hər ağacın dibində bir sarmaşıq məhəbbəti cücərirdi…
Oktay Tahirli
Müstəqil.Az
Share: