Ermənistanda Rusiya hərbçisinə və həyat yoldaşına hücum edildi

Ermənistanda Rusiya hərbçisinə və həyat yoldaşına hücum edildi

Ermənistanın Gümrü şəhərindəki 102 saylı Rusiya hərbi bazasının hərbçisinə və onun həyat yoldaşına hücum edilib.

Müstəqil.Az  bildirir ki, bu barədə erməni KİV-i məlumat yayıb.

Ermənistan İstintaq Komitəsinin Şirak Regional İdarəsi quldurluq cəhdi faktı ilə bağlı cinayət işi açıb.

Bildirilir ki, martın 10-da axşam maska ​​taxmış naməlum şəxs evinin həyətində 40 yaşlı Roman Romanova hücum edib. Hərbçinin həyat yoldaşı Sirus V. səs-küyə evdən çıxarkən ərinin maskalı bir şəxslə dava etdiyini görüb. Qadın qışqırmağa, qonşularını səsləməyə və polisi çağıracağı ilə hədələməyə başladıqda maskalı şəxs bıçaqla ona da hücum edib və sonra qaçıb.

Romanovlar hadisə yerinə gələn polislərə bədən xəsarətləri aldıqlarını bildiriblər. Elə orada da məlum olub ki, R.Romanov Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasında xidmət edir.

Müstəqil.Az 

Share: