Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək “Neftçi” – “Aris” (Kipr) cavab matçından öncə təşkil olunan mətbuat konfransında “ağ-qaralar”ın baş məşqçisi Laurentsiu Regekampf jurnaliastlərin suallarını cavablandırıb.
“Qafqazinfo” xəbər verir ki, rumıniyalı mütəxəssis öncə sabahkı oyun barədə fikirlərini bildirdi…
– İlk oyunda məğlub olmuşuq. Həmin matçı analiz etmişik və o barədə danışmışıq. Sabah üçün yeganə məqsədimiz ilk oyunun təsadüf olduğunu göstərməkdir. “Aris”ə böyük hörmətlə yanaşırıq. Çox danışmaq istəmirik. Sabah geridönüş üçün əlimizdən gələni edəcəyik. Həm özümüz, həm da azarkeşlərimiz üçün mərhələ adlamağa çalışacağıq.
– Qarşıya qoyulan ilk məqsəd nədir: daha yaxşı oyun, yoxsa nəticə?
– Bu sualın cavabı asandır. İndi rəqibi daha yaxşı tanıyırıq. İlk oyunun 1-ci hissəsində “Aris”in təhlükəli epizodu olmuşdu. Bizim də yaxşı imkanımız var idi. Penaltimiz verilməmişdi. Başqa bir epizodda rəqib komandanın mərkəz müdafiəçisi sarı vərəqəsi ola-ola qapıçımıza qarşı kobudluq etmişdi və əslində, meydandan qovulmalı idi. “Aris”in pressinq etməsi normal idi. Çünki evdə oynayırdı. Sabah eyni şeyi biz etməliyik. Öz komandama güvənirəm. Gözəl oyunla yaxşı nəticə qazanacağımıza inanıram. Bunu necə edəcəyik – sabah görəcəksiz.
– İlk oyunun üzərinizdəki təsiri necədir? Öz üzərinizdəçki təzyiq hansı formadadır və bunun öhdəsondən gələ biləcəksizmi?
– Düşünürəm ki, dediklkərim sizə düzgün tərcümə olunur. Bura “Aris”ə qarşı danışmaq, onlar barədə pis fikirlər demək üçün gəlməmişəm. Məqsədim öz fikirlərimi bildirmək və azarkeşlərimizə mesaj göndərməkdir ki, meydançada döyüşəcəyik. Məsuliyyət yalnız mənim üzərimə düşmür. Futbolçularıma siqnal verməli və bunu qəbul edib istəklərimi yerinə yetirməlidilər. İtirəcəyimiz heç nə yoxdur. İlk oyunun ikinci hissəsinin 20 dəqiqəsini meydanda yatdıq. İki qol buraxdıq. Səmimi olsam, 3-cü topu da buraxmalıydıq. Bu halda geridönüş etmək daha çətin olardı. Mənim üçün bu, işarədir. Oyunçularıma düzgün yönləndirmə verməyə çalışıram. İlk matçdakı səhvləri onlara göstərmişəm. Yeganə məsuliyyətimiz yaxşı oyun göstərmək və göridünüş üçün əlimizdən gələni etməkdir. 90 dəqiqədən sonra nəticəni görəcəyik. İndidən deyə bilmərəm ki, sabah 5 qol vuracağıq. Amma meydanda bu komandanın rənglərinə uyğun əlimizdən gələni edəcəyik.
– Start heyətini müəyyənləşdirmisiz?
– Bəli.
– Dəyişikliklər olacaq?
– Sabah görəcəyik. İndi ilk “11-liy”i deyə bilmərəm. Amma əminliklə deyə bilərəm ki, sabah bütün oyunçularımız meydana başqa davranışla çıxacaqlar. Tribunaların dolu olması da buna təsir edəcək. Məncə, azarkeşlərdən gələn təzyiq oyunçularımızı daha inamlı edəcək. Düşünürəm ki, fanatlarımızla birgə qələbəni qeyd edə biləcəyik.
– Yay transfer pəncərəsisin ən aktiv klublarından biri “Neftçi”dir, ancaq yeni oyunçular ilk matçda elə də diqqət çəkmədilər. Bu futbolçular neçə faiz oyun üslubunuza uyğundur?
– Bütün transferlər rəhbərlik, idman direktoru, skautinq departamenti və bizim birgə fəaliyyətimizlə olub. Vaxt az idi. Ona görə də daha çox variantlara baxa bilmədik. Düşünürəm ki, düzgün seçimlər etmişik və bunlar “Neftçi”yə xeyirli olacaq.
– Azarkeşlərə qələbə sözü verə bilərsiz?
– Danışmaq çox asandır. Söz verib etməmək də olur. Mən elə insan deyiləm. İlk oyuna görə çox məyus olmuşdum. Oyunçularımla birgə bunu analiz etmişik. Fanatlarla da görüşümüz olub. Əminliklə deyə bilərəm ki, qələbə üçün əlimizdən gələn hər şeyi edəcəyik. Bu, asan deyilə. Güclü rəqibə qarşı oynayırıq. Bir yerdə yaxşı futbol göstərirlər. Ehtiyatlı olmalıyıq. Nə etməli olduğumuzu bilirik. Bunları meydanda göstərməyə çalışacağıq. Buna çox inanıram.