Elmi araşdırmalarda sübut olub ki, hər gün ac qarnına yaşıl alma yemək insan sağlamlığı üçün çox faydalıdır.
Artıq çəkindən xilas olmağa kömək edir
Sadəcə 80 kalori olan bir ədəd yaşıl almanın tərkibində bol miqdarda karbohidrat və amin turşuları olduğu üçün bədənə enerji verən meyvə sayılır. Sağlam üsullarla arıqlamaq istəyirsinizsə, hər gün ac qarnına yaşıl alma yeyin.
Şəkər xəstəliyinin qarşısını alır
Xalq arasında şəkər xəstəliyi kimi tanınan diabetə müalicəvi təsir göstərən təbii məhsullar arasında yaşıl alma da yer alır. Səhərlər ac qarına yaşıl alma yemək bədənin ehtiyac duyduğu şəkər miqdarını azaldır və bədəni şəkər xəstəliyinə qarşı qoruyur.
Ürək-damar sisteminin sağlamlığını qoruyur
Ac qarına yaşıl alma yeməyin ürəyə təsirləri belədir: yüksək xolesterini tarazlaşdıran yaşıl alma arteriyalarda əhəngin yaranmasının qarşısını alır. Tərkibində kalium olan yaşıl alma əzələləri və ürəyi qoruyan elektrolitləri balanslaşdırır. Alma ürək və beynində müxtəlif mənfi təsirlərə səbəb olan iltihabların qarşısını alır.
Həzm sistemini tənzimləyir
Tərkibində bol miqdarda lif ehtiva edən yaşıl alma həzm sistemini tənzimləyir. Hər səhər ac qarına alma yemək xroniki qəbizlik probleminə müsbət təsir göstərir.
Beyin sağlamlığını qoruyur
Güclü antioksidant olan yaşıl alma beyinə ziyan verən sərbəst radikalların əmələ gəlməsinin qarşısını alır. Tərkibində olan C vitamini, maqnezium və flavanoidlər, birlikdə hüceyrələrin təzələnməsinə yardımçı olur və beyin hüceyrələrini lazımi miqdarda oksigenlə təmin edir.
Diş daşlarının yaranmasının qarşısını alır
Səhərlər ac qarına yaşıl alma yeməyin faydalarından biri də dişlərdə bakteriya daşlarının yaranmasını əngəlləməsidir. Yaşıl almanın tərkibində olan turşular dişləri təmizləyir, selik yaranmasını artırır və PH səviyyəsini tarazlayaraq ağız qoxusuna mane olur.
Dəri sağlamlığını qoruyur
Səhərlər ac qarına bir ədəd yaşıl alma yemək dərinin elastikliyini bərpa edir və daha parlaq olmasına yardım edir.(publika)