Dəb, fəlsəfə, yoxsa rahatlıq? “Mac”ı bu qədər xüsusi edən nədir? Niyə “Apple” texnologiyasına keçənlər başqa əməliyyat sistemlərinə qayıtmaq istəmirlər?
Şübhəsiz ki, onun istənilən sahə üçün kifayət qədər imkanları var. Şirkətin yeni modellər hazırlayarkən detallara xüsusi diqqət yetirməsi və istifadəçilərin fikirlərini nəzərə alması da rəğbətəlayiqdir. “Apple” noutbukları və kompüterləri balanslaşdırılmış və texnoloji cəhətdən çox inkişaf etmişdir, onların asan başa düşülən interfeysə və faydalı funksiyalara malik olması isə hamıya bəllidir. Bu yazıda nə üçün “Mac” seçməli olduğunuz və onun sizə nə üçün faydalı ola biləcəyi barədə ətraflı danışacağıq.
İş və təhsil
“Mac”, biznes, maliyyə və ya elm sahəsində çalışmağınızdan asılı olmayaraq, məhsuldar fəaliyyət göstərməyiniz üçün ideal köməkçidir. “Mac” istənilən proqramlarla, o cümlədən “Microsoft Office” proqramları ilə işləməyə imkan verir. Məsələn, “Mac” üçün “Excel” yeni imkanlar, düsturlar, funksiyalar və dinamik massivlər sayəsində məlumatların təhlilini asanlaşdırır.
“Apple” texnologiyasının lehinə olan digər bir dəlil inkişaf etmiş ekosistemdir. Belə ki, “iPhone” ilə qoşmaq və cihazlar arasında keçid etmək üçün sadəcə bir klik etmək kifayətdir. Cihazları bir-birinə qoşmaq üçün naqillərdən ibarət hörümçək toru yaratmağa ehtiyac yoxdur. Hər şey bir anın içində, istədiyiniz faylı minlərlə qovluqda bir-bir axtarmağa vaxt itirmədən baş verir.
Menecerlər və iş adamları müştəri sənədlərini yaratmaq, faylları, cədvəlləri və təqdimatları redaktə etmək üçün asanlıqla “MacBook” və ya “iMac”dan istifadə edə bilərlər. “Mac” həmçinin layihələrinizi və ya işlərinizi reklam edərkən sosial şəbəkələri və ya onlayn platformaları idarə etmək üçün də əvəzolunmazdır. Noutbuklara qarşı ən tələbkar istifadəçi kateqoriyası olan tələbələr “MacBook”u seçirlər, çünki onda asanlıqla mühazirə qeydləri və dissertasiya yazmaq, yeni material öyrənmək, dərs vəsaitləri ilə işləmək və sonsuz sayda tapşırıqları yerinə yetirmək mümkündür. “MacBook” İT mütəxəssisləri üçün də idealdır: yüksək performans, müxtəlif proqramlaşdırma dillərinin dəstəklənməsi, rahat klaviatura, böyük və həssas “touchpad” daha səmərəli və tez işləməyə imkan verir. Əgər sizin üçün ekranın diaqonalı vacibdirsə, monoblok seçməlisiniz. Bundan əlavə, o, göz yorğunluğunu azaldan və kodla işləməyi asanlaşdıran antiblik təbəqəli displeyə malikdir. Beləliklə, kompüter zəkası sizin xidmətinizdədir.
Yaradıcılıq
“Mac” peşəkar fotoların redaktəsi, qrafik dizaynların yaradılması və musiqilərin yazılması üçün nəzərdə tutulmuş proqramların öhdəsindən asanlıqla gəlir. Yüksək performansı sayəsində kompakt “MacBook” böyük fayllar və layihələrlə işləməyə imkan verir.
Çox vaxt yaradıcı insanların işi çəkilişdən çəkilişə, studiyadan studiyaya “qaçmaqla” keçir. Buna görə də əl altında enerji tutumlu batareyanın olması onları daim elektrik yuvası axtarmaq qayğısından xilas edir. “Mac” noutbukları qısa müddətə şarj etmək imkanı ilə 10 saata qədər iş qabiliyyətini təmin edir. Artıq əsəb keçirmədən yolda, səfərdə, səyahətdə olarkən işləmək mümkündür.
“iMac” evdən səmərəli işləmək üçün idealdır: hətta 4K videonun montaj edilməsi və ya böyük həcmli təsvirlərlə iş kimi resurs tələb edən tapşırıqlar da tez və asanlıqla öz həllini tapır. Çox yer tutmayan nazik və dəbli korpusu istənilən interyerə uyğunlaşdırmaq mümkündür.
Texnologiyanın etibarlılığını da xüsusilə vurğulamaq lazımdır. Yarımçıq mahnının donmayacağını və istənilən halda yadda saxlanacağını, müştərinin isə razılaşdırılmış vaxt ərzində hazır video və ya fotoşəkillərini alacağını bilərək rahat yata bilərsiniz. Fors-major hallarvə “mavi ölüm ekranı” anlayışları “Apple” texnologiyası üçün yaddır.
Əyləncə
İstirahəti də unutmuruq: “Mac”da böyük yaddaş tələb edən oyunlar quraşdıra, həmçinin parlaq və ləkəsiz təsvirli ekranda film və televiziya şoularına tamaşa edə bilərsiniz. Eyni zamanda, 8K videolar pozuntu və dayanma olmadan nümayiş olunur, oyunlar isə inanılmaz dərəcədə rəvan işləyir. DOTA 2, “League of Legends”, “Shadow of the Tomb Raider” və hətta “The Sims 4” həvəskarları bu cihazın qızmadan bütün tələblərin öhdəsindən gələcəyinə əmindirlər. Bundan əlavə, cihazın daxili mağazasında hər kəs dərslər və ya hobbi üçün özünə uyğun nəsə – simulyasiyalar, strategiyalar, kvestlər, rannerlər, maşın yarışları, idman və daha nələr tapa bilər. “Mac” modeli gündəlik ehtiyacların öhdəsindən asanlıqla gəlir.
Nə seçək?
“Mac” gələcəyin texnikasıdır. Burada imkanlardan qiymətədək hər şey tarazlaşdırılıb. Fərq etməz mətn yazırsınız, yaxud kod, qrafika, video və səs üzərində işləyirsiniz – həm noutbuklar, həm də monobloklar ən mürəkkəb tapşırıqların öhdəsindən gələcək. Bu texnika ilə istənilən gündəlik tapşırığın yerinə yetirilməsi xoş vaxt keçirməyə çevriləcək.
Seçimlə bağlı da heç bir probleminiz olmayacaq: “MacBook”un model seçimi maksimum aydındır: burada hər kəs qiymət və xüsusiyyətlər baxımından özünə uyğun model tapacaq. Əgər evdən işləməyə üstünlük verirsinizsə, “iMac”, “MacMini” və ya “MacStudio” əsl sizlikdir.
Buna görə də, əgər çoxdandır “Mac” almaq istəyirsinizsə, indi bunun əsl vaxtıdır. Ən sərfəli şərtlər “Apple” şirkətinin rəsmi resellerində: Kontakh Home.