Hər yerdə müzakirəyə səbəb olan reklamın sahibi aydınlaşdı — Foto

Artıq bir müddətdir sosial mediada, Bakıda müxtəlif ünvanlarda – metro stansiyalarında, şəhərdə olan reklam monitorlarında gedən tibbi laboratoriya xidmətləri ilə bağlı reklam lövhələri müzakirələrə səbəb olub. Lövhələrdə “laborator analizlərin doğru ünvanı – adımızı və loqomuzu qeyd etməsək də olar” yazısı və *0033 Çağrı mərkəzi qeyd olunub.

“Qafqazinfo” xəbər verir ki, sözügedən reklam lövhələrinin “Referans Medical Group”a məxsus olduğu aydınlaşıb.

Söhbət Medical Group-un Referans Klinik Laboratoriya Mərkəzindən gedir.


Share: