Hərbçi ailəsi… onlar mavi dənizi və mavi səmanı seçiblər

Hərbçi ailəsi… onlar mavi dənizi və mavi səmanı seçiblər

Həşimovlar ailəsi Lənkəran rayonun Boladi kəndində yaşayır. Ailənin üzvlərindən olan Mürşüd Həşimovla eyni təşkilatda, AXDG QSC – nin XDND idrəsində çalışırıq. Elə dostluğumuza səbəb də hər ikimizin dənizçi taleyi olub.

XDND idarəsinin “Şimal-52” gəmisinin böyük mexanniki işləyən Mürşüd Həşimovla söhbətimiz zamanı məlum oldu ki, ailəlrində hərbçi sənətinə böyük maraq var..

DƏNİZÇİ MÜRŞÜD HƏŞİMOV

Mürşüd özü mavi sulara könül verib,  dənizçi olub və hazırda da dənizçi olaraq fəaliyyətini davam etdirsə də  onun iki qardaşı, Fikrət və Araz  isə   mavi dənizi deyil, mavi səmanı seçiblər, təyyarəçidirlər. Ailənin təyyarəçiləri bu iki qardaşla kifayətlənmir. Onların böyük qardaşları Mirəsgərin 3 zabit oğlundan kiçiyi olam, mayor  Taleh də taleyini mavi ənginliklərə bağlayıb.

 

TALEH HƏŞİMOVUN ALİ MÜKAFATLARI

Mürşüdlə söhbətim zamanı məlum olur ki, “Azərbaycan Ordusu”  qazeti dəfələrlə Milli Ordunun zabiti,  təyyarəçi Taleh Həşimovdan bəhs edən yazılara yer ayırıb, onun peşəkarlığından söz açıb.  Hal hazırda Taleh Türkiyədə 5 aylıq təlimlərə yollanıb.

HƏŞİMOVLAR AİLƏSİNİN 5 ZABİT ÜZVÜ

“O bilik və təcrübələrini artıraraq Azərbaycanın hava məkanında sözünü daha da ötkəm deyəck təyyarəçilərimiz sırasında möhkəmlənəcək”, – deyir əmisi Mürşüd.
“Ailəmizdə Azərbaycan Ordusunun zabitləri olan üzvlərimiz çoxdur. Böyük qardaşımn 3 oğlu zabit olaraq Vətnə xidmət edir. Onlardan ikisi pilotdur. Qaib və Taleh. Alim isə hava hücumundan müdafiyyədə xidmət edir. Vətən müharibəsi zamanı  düşmənin Xırdalana atdığı raketləri zərərləşdirənlərdən biri məhz Alim idi”, əlavə edir Mürşüd Həşimov.

Mayor TALEH HƏŞİMOV

Sabah qardaşı oğlu, Vətn müharibəsi zamanı düşmənə sarsıdıcı zərbələr endirən, Azərbaycan Bayrağı ordenli,   Su-25 qırıcı təyyarəsinin  pilotupilotu, mayor Taleh Həşimovun doğum günüdür. Bu münasibətlə Onu təbrik edirəm, deyir və əlavə edir, Talehi şəxsən tanımayanlar onun təyyarəsini Bakı səmasında görüblər,  qələbə paradı zamanı Bakı səmasında göy rəngi havada yaradan təyyərəçi məhz o, idi”.
Faiq Balabəyli

Share: