Müstəqil.Az gənc şair Orxan Mustafayevin şeirlərini təqdim edir:
Yollar
O köhnə yollarda köhnə iz qalıb,
Bir söyüd başını salıb aşağı.
Hər yana payızın xəzəli düşür,
Küləklər süpürür sarı yarpağı.
**
Ölü xatirələr canlanır yenə
Yaşlı bir adamın baxışlarında.
Torpağın ürəyi odlanir yenə,
Payızın alovlu yağışlarinda.
**
Bu yollar çox şeyin şahidi olub,
Bu yollar göz yumub sənin səhvinə.
Bu yolda gözümdən düşmüsən mənim,
Bu yolun çat düşən hər tərəfinə.
**
Səni gözləmişəm mən illər boyu
Yaşıl ağacların kölgələrində.
Bəlkə də fikrimiz qarışıb bizim,
Bu yolun qarışıq döngələrində.
**
Bizim tam başqaydi istəklərimiz,
Hərəmiz bir yolu seçib getmişik.
Yollar günahsızdı biz bu yollarda,
Çox şeyin üstündən keçib getmişik.
**
Hər şeyin üstündən çox keçib daha,
Xoş günlər, xoş anlar qalıb dünəndə.
İnd bu yollardan geri dönməyə,
Nə səndə həvəs var, nədə ki məndə….
Papiros
Yaxşı ki ölmədim bu sıxıntıdan,
Yoxsa kim çəkərdi sənin dərdini?
Axı kim fikrindən yuxusuz qalıb?
Gözündən tökərdi sənin dərdini…
???????????
Qarşıma çıxmadın heyf ki mənim ,
Taleyim səhv yola döndüyü gecə .
Həsrət yandırardı lampalarını,
Sonuncu papiros söndüyü gecə .
? ? ? ? ? ? ? ? ?
Necə mehribandıq səninlə necə,
Sənsiz düşünməzdim mən öz sonumu .
Əli qulağımda yatardım gecə,
Qıymazdım söndürüm telefonumu.
???????????
Söhbətlər gedərdi uzun uzadı,
Hər şey nə tam idi, nədə ki əksik .
Nə vaxt ayrılıqdan danışsan mənə ,
Papiros çəkərdim tələm-tələsik.
???????????
Sən də hirslənərdin üstümə mənim ,
-: Sözümü eləmə oyun-oyuncaq.
At o papirosu!- dedin mən , atdim,
Mən sənə məni at demədim ancaq.
???????????
Əsəb keçirərdin papirosuma,
Deyərdin üstündən it iyi gəlir.
Sən yoxsan papiros çəkmirəm daha,
Nələr çəkdiyimi tək Allah bilir…
” Bu soyuq havada ”
Bu soyuq havada yatasan ancaq,
Çölə bayıra da çıxmayasan heç.
Amma nazla yağan qara, yağışa,
Demirəm gözucu baxmayasan heç…
Baxasan azacıq, qısaca və tez,
Təzədən başını qoyub yatasan.
Ölən adamların bu doymadığı,
Dünyadan sağ ikən doyub yatasan…
Nə qulaq eşidə, nə gözün görə,
Saxta gülüşləri, pis sifətləri.
Nə də təsadüfən rastına çıxa,
Doğma adamların xəyanətləri.
Gözünü yumasan olan hər şeyə,
Bir yuxu görəsən, oyanmayasan.
Yuxuda uzaqlar çağıra səni,
Durub arxaya da boylanmayasan…
Nə də bilməyəsən saat neçədi,
Yuxu neçə ilin aparib ömrün.
Əzrail oyada yuxudan səni,
Durub görəsən ki, qurtarıb ömrün…
Müstəqil.Az