“Həssas İnsanların Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi təsis edildi

“Həssas İnsanların Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi təsis edildi

Qeyri Hökumət Təşkilataları İctimai Birliklərini ailəsinin daha bir üzvü fəaliyyətə bvaşladı. 

Təxminən 3 ay öncə təsis edilən İctimai Birlik hazırda rəsmi qeydiyyata alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Qeydiyyat və Notariat Baş idarəsində” baxış prosesindədir.
Bu haqda Müstəqil.Az-a Birliyin həmtəsisçisi Fərrux Həmidli məlumat verib. O, birliyin profili və görəcəyi işlər haqda deyib:

Məlumdur ki, 44 günlük Vətən müharibəsindən sonra ölkəmizdə əngəlli, baxıma ehtiyacı olanların sayı qisməndə olsa artmış oldu. Müharibədən qalan travma insanlarda həssaslıq, cəmiyyətə adaptasiya olmama problemlərinə gətirib çıxartdığını görürük. Ölkəmizdə belə insanlara dövlətimiz tərəfindən kifayət qədər diqqət və qayğı var. Bizdə belə qərara gəldik ki, “Həssas İnsanların Cəmiyyətə İnteqrasiyası” adında ictimai birlik yaradaq və həssas insanların cəmiyyətə inteqrasiya olmalarına yardımçı olaq. Hal-hazırda müraciətimiz Ədliyyə Nazirliyinin “Qeydiyyat və Notariat Baş idarəsində” baxış prosesindədir”.

F. Həmidli  müraciətə baxış keçirən Ədliyyə Nazirliyinin “Qeydiyyat və Notariat Baş idarəsi” bəzi çatışmazlığı nəzərimizə çatdırdığını da vurğulayıb: Artıq 4-cü dəfədir ki, müraciətdə redaktə edirik. Ümidlərimizi itirmədən inanmaq istəyirik ki, bu dəfə xoş xəbər eşidəcəyik. Və nəzərinizə çatdırmaq istəyirəm ki, bizim ən ali missiyamız dövlətimizin yanında olmaq, əngəlli, baxıma ehtiyacı olan xəstələrə, ağsaqqal və ağbirçək vətəndaşlarımıza, xəstə körpələrimizə həssas yanaşmaq və bu istiqamətdə işlərimizi davam etdirməkdir”.

Xatırladaq ki, üç nəfərin təsis etdiyi “Həssas İnsanların Cəmiyyətə İnteqrasiyası”İctimai Birliyinin idarə heyətinin sədri Aytəkin Həmidlidir.

Müstəqil.Az

Share: