(Hekayə)
Elvin həmişə qəribəliklərlə qarşılaşlırdı. Ona elə gəlirdi ki, başqa şagirdlərlə müqayisədə həyatı tam fərqlidir. Məsələn, o, öz-özünə həmişə deyirdi: Mənim həyatım çox sıxıcıdır, hər gün müəllim mənə hirslənir. Artıq təngə gəlmişəm.
Elə bu gün bunu dedi. Səhər dərsdə bikef otururduğunu görən Dəfnə ona soruşdu:
– Qurtulan oldu, yoxsa yox?
Elvin heç nə başa düşmədi, suala sualla cavab verdi:
– Nəəəə….?
– Suala sualla cavab verməkdə deyəsən elə… – deyə Dəfnə güldü.
– Necə belə rahat gülürsən? Bir dəə kim hardan qurtulub? – Elvin fikrindən yayınsa da yenə də Dəfnənin sualından və gülüşündən bir şey anlamadı.
– Birincisi, sual əslində belə olmalı idi-belə rahat necə gülürsən? İkincisi isə, elə fikrə dalmısan ki, elə bil gəmilərin dəryada batıb. Başa düsdün?
Dəfnə Elvinə canyananlıqda etməyi unutmadı:
– Özü də sən niyə həmişə belə kefsiz, nəşəsiz olursan, hə?
Elvin:
– Bimirəm, heç vaxt nəşəli olmamışam.
– Heç vaxt olmamısan?
– Yox!
– Doğrudan?
– Əlbəttə, yalan niyə danışmalıyam ki?
– İndi görərik, sən nə vaxtsa nəşəli olmusan, yoxsa yox-deyə Dəfnə qımışdı, – Məsələn, ad günündə sənə təzə nəsə alınanda, ananı qucaqlayanda da sevinmirsən?
– Sevinirəm, həm də çox.
– Gördün, sevinibsən! –Dəfnə sevincək dilləndi. – Demək bikef olmadığın vaxtların da çox olub. Bax , hamının həyatı bir kinodur, hamı öz həyatının baş rolundadır…..
Vaxtını yaşamağa, sərf elə! Çünki, boş zaman yoxdur, boşa keçmiş zaman vardır – Rabindranat Taqor belə deyib, bildin?
-Bildim… – Elvin kefsiz halda dilləndi, mən elə öz həyatımın baş rolunu oynayıram.
Zəhra Ceyhunqızı,
Abseron, Mehdiabad qəsəbəsi, 3 sayli məktəbin şagirdi