Həyat yoldaşına 11 milyonluq malikanə hədiyyə etdi – FOTO

“Snapchat”in qurucusu Evan Şpigel həyat yoldaşı, dünyaca məşhur model Miranda Kerrə qiymətli hədiyyə edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, keçən həftə cütlüyün Los-Ancelesdə yerləşən xəstəxanalardan birində oğlu dünyaya gəlib. Onlar uşağa Evanın babası şərəfinə Xartom adını qoyub.

2,4 milyard dollar sərvəti ilə dünyanın ən gənc milyarderi olaraq “Forbes” jurnalında yer alan iş adamı ona atalıq sevincini yaşadan gözəl xanımı Miranda Kerr üçün Los-Ancelesdə dəyəri 10,9 milyon dollarlıq malikanə hədiyyə edib.

Qeyd edək ki, Kerrlə Şpigel ötən ilin mayında Los-Ancelesdə nikah masasına oturub. Bundan əvvəl Miranda aktyor Orlando Blum ilə evli olub və ondan Flin adlı bir oğlu var. Şpigel isə heç vaxt evli olmayıb.

Məlumat üçün bildirək ki, Evan Şpigelin 28, Mirandanın isə 35 yaşı var.

Share: